Robert Prosineçki köməkçilərini Antalyaya göndərib

Robert Prosineçki köməkçilərini Antalyaya göndərib Məşqçilər yığmanın və klubların oyunlarını izləyiblər
Futbol
17 Yanvar , 2017 11:25
Robert Prosineçki köməkçilərini Antalyaya göndərib

Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərinə yollanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçkinin köməkçiləri 21 yaşadək futbolçulardan ibarət yığmanın Antalyada "Germania Egestorf" komandası ilə keçirdiyi oyunu izləyiblər.

Hər iki məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klubların bir neçə matçına baxıblar.

Qeyd edək ki, millinin baş məşqçisi Robert Prosineçkinin də Antalyaya yollanması nəzərdə tutulmuşdu. Lakin o, şəxsi işləri ilə əlaqədar paytaxtda qalmalı olub.

Son xəbərlər

Orphus sistemi