"Real Madrid" "Selta" ilə oyunda üstünlüyü əldən verib - VİDEO

"Real Madrid" "Selta" ilə oyunda üstünlüyü əldən verib - VİDEO "Kral klubu" lider "Barselona"dan 16 xal geri qalır
Futbol
8 Yanvar , 2018 06:58
Real Madrid Selta ilə oyunda üstünlüyü əldən verib - VİDEO

Bakı. 8 yanvar. REPORT.AZ/ "Real Madrid" komandası futbol üzrə İspaniya Primerosunun 18-ci turunda "Selta" üzərində qələbəni əldən verib.

“Report” xəbər verir ki, Viqo şəhərinin "Balaidos" stadionunda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Madrid klubu Qaret Beylin vurduğu qollar sayəsində 2:1 hesabı ilə irəlidə olsa da, üstünlüyünü sonadək qoruya bilməyib. "Selta"nın isə daha bir qol vurmaq imkanını 72-ci dəqiqədə penaltidən dəqiq yararlana bilməyən Yaqo Aspas əldən verib. 

"Kral klubu" hazırda ehtiyatda bir oyunu olmaqla 32 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "Barselona"dan 16 xal geri qalır. "Selta" 22 xalla 14-cüdür.

İspaniya Primerosu. 18-ci tur

"Selta" – "Real Madrid" - 2:2

Qollar: Daniel Vass, 33. Maksimiliano Qomes, 82 - Qaret Beyl, 36; 38

Son xəbərlər

Orphus sistemi