Yuxarı
    Bağlamaq

    "Real Madrid" Ronaldunu 150 milyon avroya satmaqdan imtina edib

    Təklif PSJ-dən gəlib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubu futbolçu Kriştianu Ronaldunu Fransa PSJ-sinə 150 milyon avroya satmaqdan imtina edib. "Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, Paris təmsilçisindən təklif yay transfer dövründə gəlib. 

    Amma "kral klubu"ndan cavab da dərhal verilib. Təklifi rədd edən Madrid təmsilçisinin rəhbərliyi 30 yaşlı hücumçunun satışının yalnız bir ildən sonra mümkünlüyünü bildirib. 

    Qeyd edək ki, Kriştianu Ronaldu bu mövsüm İspaniya çempionatında 2 oyuna çıxsa da, qol vurmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi