"Real Madrid"in futbolçusu sürücülük hüququndan məhrum edilib

"Real Madrid"in futbolçusu sürücülük hüququndan məhrum edilib İspaniyanın Real Madrid klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.
Futbol
3 İyul , 2019 15:02
Real Madridin futbolçusu sürücülük hüququndan məhrum edilib

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

"Report" "O Globo"ya istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir. 

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real Madrid"in formasını geyinir. 

Son xəbərlər

Orphus sistemi