Yuxarı
    Bağlamaq

    Qurban Qurbanov: "Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük"

    Qarabağ Belçikada yalnız Ansi Aqollinin xidmətindən yararlana bilməyəcək

    Bakı. 8 dekabr. REPORT.AZ/ "Ümidsiz deyilik. Rəqib güclü olsa da, biz qalibiyyət haqda düşünürük". Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Belçika "Anderlext"i ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI tur matçı ilə bağlı Brüsselə səfər ərəfəsində deyib. 

    43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, digər futbolçuların oynamasında problem yoxdur. Q.Qurbanov səfərdə oynamalarına baxmayaraq, "Qarabağ"ın öz oyun üslubuna sadiq qalacağını vurğulayıb.

    Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi