Qurban Qurbanov: "Texniki məğlubiyyət alacağıq, ən böyük səhv özümüzdədir"

Futbol
  • 20 oktyabr, 2018
  • 17:42
Qurban Qurbanov: Texniki məğlubiyyət alacağıq, ən böyük səhv özümüzdədir

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Çox danışmağa ehtiyacyoxdur. Texniki məğlubiyyət olacaq. Futbolçular bir müddət idi bir yerdədeyildilər. Bunun da təsiri olmuşdu. "Səbail”i təbrik edirəm”.

"Report" xəbərverir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə "Səbail"ə1:0 hesabı ilə qalib gəldikləri, lakin adı protokolda olmayan oyunçunu meydanaburaxdıqları üçün texniki məğlubiyyətlə nəticələnəcək görüş barədə danışarkəndeyib.

 - Yanlış əvəzetməzamanı meydanda olan futbolçuların bundan xəbəri var idi?

- Xeyr.

- Bunda məsul şəxs kimdir?

- Əlbəttə, bütün məşqçilər buna baxmalıdır. Amma hakimlər dəfutbolçu meydana girən zaman protokola baxmalıdır. Bəlkə kənar adam gəliboturub. Əlbəttə, ən böyük səhv özümüzdədir. Protokolu hamı yoxlamalıdır. Biz səhvetmişik. Amma yanımızda 11 futbolçu oturur. Bundan sonra köməkçilər daha diqqətliolacaqlar. İstəmərəm ki, digər klublarda da belə hal olsun. Fikrimcə, hakimlərdə diqqətli olsalar, hamıya kömək etmiş olarlar. Futbolçular 90 dəqiqə əziyyətçəkirlər. Məğlubuyyətin əvəzini çıxmaq olar. Amma onların əziyyətinə heyfim gəlir.Siyahıya 23 futbolçu yazanda aləm dəyir bir-birinə. Həm legioner, həm gəncoyunçu limitinə baxmalısan. Hər kəs diqqətli olmalıdır. Bu gün texniki məğlubiyyətversinlər. Amma gələcəkdə başqa klubda belə hal olsa, ona məğlubiyyət verilməsinintərəfdarı deyiləm.

- "Qarabağ”da ikinci dəfədir belə hal yaşanır. Görünür,birinci səhvdən dərs çıxarılmayıb?

- Keçən dəfə legioner limitini pozmuşduq. Riçard Almeydanıdaha tez buraxmışdıq. Sadəcə, yerlərdə səhv etmişdik. Amma Abbas Hüseynov yerlifutbolçudur. Onun adının yazılmaması taledir. Onu əvvəllər 60-65 dəqiqəoynatmağı düşünürdük. Amma zədədən yeni qayıdıb.

- "Vorskla” ilə oyunöncəsi müdafiənin mərkəzi ilə bağlıplanınız nədir: Rahil Məmmədovun meydana çıxmaması nə ilə bağlıdır?

- Rəşad Sadıqovun da, Yakub Jezniçakın da oynamasına ehtiyacvar idi. Neçə vaxt idi oynamırdılar. Rahil yığmanın son oyunlarında azoynamamışdı. Balansı qorumağa çalışdım. Bu gün Qara Qarayevi də sonradanmeydana buraxdım. Futbolçuları düşünmək, qoruyub saxlamaq lazımdır. Həm fiziki,həm də psixoloji cəhətdən.

- "Neftçi” də uduzdu. Ancaq yenə də liderlik mövqeyindəqərarlaşacaq. Qarşıdakı turda isə onlarla qarşılaşacaqsınız...

- Bu barədə heç nə demək istəmirəm. Texniki səhv mənə mənfitəsir etdi. "Vorskla” ilə matça qədər futbolçuları da hazırlamaq lazımdır.Çünki bu gün çox məyus idilər. Oyun proqramımız çox ağırdır. Ardıcıl 3 gündənbir oyunlarımız var. Ardından milli komandanın matçları gəlir. Futbolçuları həminqarşılaşmalara düzgün hazırlamağa çalışacağıq. "Neftçi” barədə düşünmürəm.Heç oyunun gedişində də onların oyununu düşünmürdüm.

- Qoşunu döyüşə hazırlayan sərkərdə özünü bu sıx qrafikəkökləyə bilir?

- Əlbəttə çox ağırdır və çox yoruluram. Təkcə işləmək məniyormaz. Bəzən heç nədən məndə gərginlik yaranır. Texniki bir səhv, hansısadetal mənim fikrimi yayındırır. Bilsəm ki, diqqətim təkcə işdədir, yorğunluqolmur. Adicə məşqdə istədiklərimiz olanda özümüz həzz alırıq. Bəli, yorğunluqolur.