"Qarabağ"a texniki məğlubiyyət verilə bilər

Futbol
  • 20 oktyabr, 2018
  • 17:13
Qarabağa texniki məğlubiyyət verilə bilər

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Qarabağ" klubuna"Səbail"lə keçirdiyi futbol üzrə Azərbaycan Premyer Liqasının VIIItur matçı ilə əlaqədar texniki məğlubiyyət verilə bilər

"Report"unməlumatına görə, buna səbəb Ağdam komandasının oyun zamanı adı protokoldaolmayan futbolçunu meydana buraxmasıdır. Peşəkar Futbol Liqasının rəsmisaytında dərc olunmuş oyunöncəsi heyətlərdə Abbas Hüseynovun adı göstərilməyib.Lakin baş məşqçi Qurban Qurbanov Hüseynovu ikinci hissədə kapitan RəşadSadıqovun əvəzinə meydana buraxıb.

Qeyd edək ki, görüş"Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatirladaq ki, AFFA İntizam Komitəsi bir neçə gün əvvəl"Səbail-2" komandasına texniki məğlubiyyət verib. Buna səbəb IDivizionun VI turunda səfərdə "Qarabağ-2" ilə matçda komandanın heyətindəprotokolda adı qeyd olunmayan futbolçunun iştirak etməsidir. Klub 800 manatməbləğində cərimə olunub.  

Son xəbərlər

Bütün Xəbər Lenti