Qurban Qurbanov: "Səhvə yol verən tərcüməçimizi komandadan göndərdim"

Qurban Qurbanov: "Səhvə yol verən tərcüməçimizi komandadan göndərdim" "Çətin qələbə qazansaq da, futbolçulardan çox razı qaldım"
Futbol
14 Mart , 2017 19:35
Qurban Qurbanov: Səhvə yol verən tərcüməçimizi komandadan göndərdim

Bakı. 14 mart. REPORT.AZ/ "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində AZAL ilə görüş barədə fikirlərini bölüşüb. 

"Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçuları təbrik edirəm. Çətin qələbə qazansaq da, futbolçulardan çox razı qaldım. Düşünüyümüz oyundan əl çəkmədik, istəyimizə nail olduq. AZAL yalnız, müdafiə olunmur, topla da yaxşı davranırlar. Yaxşı əks-hücumlar təşkil etdilər. Uğurlar arzulayıram.

- Elşən Abdullayevi nə vaxt meydanda görəcəyik?

- Elşən zədə üzündən 8 oyun oynamadı. Az müddət deyil. Hazırda oyun təcrübəsi çatmır. Əvəzedicilərdə belə 90 dəqiqə şans verməyə risk etmirik. Yavaş-yavaş qaydasına düşəcək.

- "Neftçi" - "Qəbələ" oyununa stadionda baxacaqsınız?

-  Xeyr, evdə izləyəcəyəm.

- Klubunuzun tərcüməçisinizin sosial şəbəkədə paylaşımı müzakirəyə səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

- Məsələdən xəbərim var. Qərarımı verdim və səhvə yol veriyi üçün tərcüməçimizi komandadan uzaqlaşdırdım. Mən nə qədər "Qarabağ"dayam heç kim başqasında səhv axtarmamalı, söz atmamalıdır. Əfqanın işindən həddindən artıq razı idim. Bütün sözü dediyim kimi futbolçuya çatdırırdı. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, buna riayyət etmək lazımdır. Həmişə demişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Məncə, bu məsələyə bir daha qayıtmasaq yaxşıdır.

Son xəbərlər

Orphus sistemi