Qurban Qurbanov: "Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi"

Qurban Qurbanov: "Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi" Bakı. 27 aprel. REPORT.AZ/ Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdür, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur.
Futbol
27 Aprel , 2018 21:40
Qurban Qurbanov: Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi

Bakı. 27 aprel. REPORT.AZ/ "Maraqlı oyun oldu. Hər iki komanda ən yaxşı oyunlarından birini keçirdi. Futbolçularımı təbrik edirəm. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram. Düzdür, bu komanda son vaxtlar o qədər də yaxşı nəticələr qazanmır. Ancaq düşünürəm ki, məğlub olduqları bir çox oyunda yaxşı futbol sərgiləmişdilər. Bu cür hallar digər komandalarda da olur".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Oyunda bir neçə dəyişiklik etmişdiniz. Bunlar çempionluğu artıq təmin etməyinizlə əlaqədar deyildi?

- Elə də dəyişiklik etməmişdim. Miçelin zədəsi var idi. Ona görə start heyətdə deyildi. Rəşad Sadıqovun da belində zədəsi olduğundan, bu matçda şans vermədim.

- "Qəbələ" ilə son turda keçiriləcək oyunun Bakıda baş tutma ehtimalı var. Buna münasibətiniz necədir?

- Bu barədə mən də mətbuatdan oxumuşam. Evdə oynamaq "Qəbələ"nin haqqıdır. Qəbələdə oynamağın əleyhinə deyiləm. Mənim üçün fərqi yoxdur.

- Şeydayevi komandada saxlayacaqsınız?

- Onun bizimlə müqavilə müddəti mayda başa çatacaq. Hələ ki, danışıqlarımız olmayıb. Nə "Trabzonspor”la, nə də Ramillə bu barədə danışmışıq.

Son xəbərlər

Orphus sistemi