"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq" - YENİLƏNİB

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq" - YENİLƏNİB Bakı. 17 fevral. REPORT.AZ/ Bu yarışmada duyğusal insanlara yer yoxdur. Belə mübarizədə xarakter lazımdır. Bunu komandaya aşılamağa çalışırıq. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir. Bu gün də elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq.
Futbol
17 Fevral , 2019 20:32
Qəbələnin baş məşqçisi: Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq - YENİLƏNİB
Sənan Qurbanov

Bakı. 17 fevral. REPORT.AZ/ "Bu yarışmada duyğusal insanlara yer yoxdur. Belə mübarizədə xarakter lazımdır. Bunu komandaya aşılamağa çalışırıq. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdir. Bu gün də elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis komandasının çıxışından razı qalmasına rəğmən, son nöqtəni qoya bilməmələrinə diqqət çəkib: "Futbol bizi razı salsa da, son nöqtəni qoya bilmədik. Bunun üzərində işləyəcəyik".

O, Asif Məmmədovu uzatma dəqiqələrində meydana buraxmasının səbəbini də açıqlayıb: "Davit Volkovi özünü narahat hiss edirdi. Bu səbəbdən, onu Asiflə əvəzlədik. Həm də oyunun əlavə vaxtının belə az olacağını gözləmirdik".

Baş məşqçi futbolçularının sərt oyununu isə belə izah edib: "Futbolçu qaydalar çərçivəsində aqressiv olmalıdır. Mübarizə varsa, mübahisələr də, sərtlik də, vərəqələr də var".


***20:23

"Ağır oyun oldu. Sonda vacib qələbə qazandıq. Rəqib sonadək mübarizə apardı. Bizim üçün heç də asan olmadı. Futbolçularımı təbrik edirəm".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Qəbələ"2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis rəqibin çıxışını xüsusi qiymətləndirib: "Ötən il 3:1 hesabı ilə udduğumuz oyundan sonra "Qəbələ" cəmi bir qol buraxmışdı. Bu gün də o vaxtdan sonra ilk dəfə məğlub oldu. Qış fasiləsindən sonra rəqib iki qələbə qazanmışdı. Bu isə hazırlıq prosesini normal keçməsindən və bu gün də sərbəst çıxışından xəbər verirdi".

Qurbanovun sözlərinə görə, turun ilk oyun günündə lider "Neftçi"nin səfərdə "Zirə" ilə görüşdə 0:0 hesablı heç-heçə edərək, xal itirməsi "Qarabağ"ın futbolçularında təzyiq yaradıb: "Ola bilər ki, bu təzyiq hiss olunsun. Ancaq qarşımıza məqsəd qoymuşuq ki, hər matçda oyunumuzu yaxşılaşdıraq. Məncə, xal itkiləri hələ çox olacaq. Gördüyünüz kimi, çempionatımız gərgin keçir. Öz oyunumuz barədə düşünürdük".

Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turunun son oyununda “Qarabağ” “Qəbələ”ni məğlub edib.

Son xəbərlər

Orphus sistemi