Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"

Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü" Bakı. 19 iyun. REPORT.AZ/ Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq.
Futbol
19 İyun , 2018 15:03
Qurban Qurbanov: Bizə ən çətin və gözlənilməz rəqib düşdü

Bakı. 19 iyun. REPORT.AZ/ "Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya "Olimpiya"sı barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: "Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi