Yuxarı

​Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi açıqlanıb

Final oyunu dekabrın 18-də keçiriləcək

Bakı. 20 mart. REPORT.AZ/ Futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının təqvimi rəsmən açıqlanıb. "Report"un FIFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumunun İcraiyyə Komitəsi dünən keçirdiyi iclasda marafonun 28 gün davam edəcəyi haqda qərar qəbul edib.

Belə ki, 2022-ci il noyabrın 21-də çempionata start veriləcək. 32 ölkənin iştirak edəcəyi mundial dekabrın 18-də final oyunu ilə başa çatacaq.

Qeyd edək ki, 1930-cu ildən keçirilən Dünya çempionatı ilk dəfə qışda təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi