"Qəbələ" klubu polşalı qapıçısı ilə vidalaşıb

"Qəbələ" klubu polşalı qapıçısı ilə vidalaşıb Onun əvəzinə Aqil Məmmədov transfer edilib
Futbol
5 İyun , 2017 15:30
Qəbələ klubu polşalı qapıçısı ilə vidalaşıb

Bakı. 5 iyun. REPORT.AZ/ "Qəbələ" futbol komandası qapıçı David Petrjkeviçlə yollarını ayırıb. 

Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, polşalı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb. Əvəzində ötən mövsümü AZAL-da keçirən Aqil Məmmədovla 1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, David Petrjkeviç "Qəbələ"nin ehtiyat qapıçısı idi. Əksər oyunlarda əsas heyətdə Dmitri Bezotosnı yer alır.

Son xəbərlər

Orphus sistemi