Bakı. 5 iyun. REPORT.AZ/ "Qəbələ" futbol komandası qapıçı David Petrjkeviçlə yollarını ayırıb.
Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, polşalı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb. Əvəzində ötən mövsümü AZAL-da keçirən Aqil Məmmədovla 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, David Petrjkeviç "Qəbələ"nin ehtiyat qapıçısı idi. Əksər oyunlarda əsas heyətdə Dmitri Bezotosnı yer alır.