Tbilisinin “Dinamo” futbol komandası Azərbaycanın “Qəbələ” komandası ilə matç öncəsi yekun məşqini keçirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli İctimai Televizya məlumat yayıb.
Rəsmi məlumatlara əsasən, bu vaxta qədər oyuna üç min bilet satılıb. Biletlərin qiyməti 5 və 10 lari təşkil edir.
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Dinamo” və “Qəbələ” arasında cavab görüşü avqustun 1-də yerli vaxtla saat 21:00-da Tbilisidəki “Dinamo Arena”da başlayacaq. Oyuna çox sayda fanatların marağını nəzərə alaraq sabah Tbilisi metorosu iş vaxtını saat 23:00-dan 00:00-dək uzadıb.
Qəbələ şəhər stadionunda komandalar arasında keçirilən ilk görüş “Dinamo”nun 2:0 hesabla qələbəsi ilə başa çatıb.