Yuxarı
    Bağlamaq

    ​"Qarabağ" və "Yanq Boyz" komandaları oyunöncəsi son məşqlərini keçirib - FOTO

    Qarabağ klubun Suraxanı qəsəbəsində yerləşən təlim-məşq bazasında məşq edib

    Bakı. 26 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə Bakıda üz-üzə gələcək "Qarabağ" və İsveçrənin "Yanq Boyz" klubları oyunöncəsi məşqə çıxıb. "Report"un məlumatına görə, qonaqlar son hazırlıq prosesini oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda tamamlayıblar.

    Qurban Qurbanov isə komandasını klubun Suraxanı qəsəbəsində yerləşən təlim-məşq bazasında məşqə çıxarıb.

    Qeyd edək ki, "Qarabağ" - "Yanq Boyz" oyunu sabah saat 21:00-da start götürəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi