Yuxarı

​"Qarabağ" ölkə çempionatına məğlubiyyətlə başlayıb - VİDEO

Ağdam klubu səfərdə İnterin güclü müqaviməti ilə qarşılaşıb

Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Topaz Premyer Liqasında mövsümün ilk turunun üçüncü oyunu keçirilib.

"Report"un məlumatına görə, "İnter Arena"da keçirilmiş oyunda "İnter" "Qarabağ" klubunu qəbul edib.

Oyuna daha fəal başlayan qonaqlar matçın 10-cu dəqiqəsində istəklərinə çatıblar. İlqar Qurbanovun ötürməsindən sonra Reynaldo Səlahət Ağayevin qoruduğu qapıya yol tapıb. Ardınca tərəflər fərqlənməyə çalışsalar da, hücumlar nəticə verməyib. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə topa ilk toxunuşu "Qarabağ" komandası edib. İkinci hissənin ilk dəqiqələrində də komandaların fərqlənmək istəkləri alınmayıb. Maçtın 69-cu dəqiqəsində "bankirlər"in yeni transferi Ruslan Abışov İbrahim Şehiçin qoruduğu qapıya yol tapıb. Hücumların sayını artıran meydan sahibləri 74-cü dəqiqədə hesabda önə keçməyi bacarıblar. Abışov cərimə zərbəsindən özünün və komandasının ikinci qolunu vurub.

Oyun bu hesabla da başa çatıb.

Turun sabah keçiriləcək son oyununda "Qəbələ" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə AZAL-ı 2:0, "Sumqayıt" isə "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi