Yuxarı

"Qarabağ" PFL-in marşı və diktora görə cəzalandırılıb

"Qarabağ" klubu himnə görə cəzalandırılıb

AFFA İntizam Komitəsi I Divizionun "Qarabağ-2" - "Zaqatala" matçında baş verənlərə görə müxtəlif cərimələr tətbiq edib. 

"Report" xəbər verir ki, Ağdam təmsilçisi matçın protokolunu vaxtında tərtib etməməsi səbəbindən 80 manat məbləğində cərimələnib. 

Klub həmçinin AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün (meydançanın ətrafında kənar şəxslər olub) də 80 manat ödəməli olacaq. 

Meydan sahibləri həmin qarşılaşmada Peşəkar Futbol Liqasının (PFL) əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, daha dəqiqi, görüşün keçirildiyi "Azərsun Arena"da diktorun olmaması və PFL-in marşının səsləndirilməməsi üzündən daha 80 manat ziyana düşüb. Oyunöncəsi iclasa polis nümayəndəsi gecikdiyi üçün isə "Qarabağ" 40 manat ödəməli olacaq. 

Komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 80 manat ödəyəcək. Nihad Quliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün klubu 20 manat ziyana salıb və 1 oyunluq cəzalanıb. 

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi