"Qarabağ" PFL-in marşı və diktora görə cəzalandırılıb

"Qarabağ" PFL-in marşı və diktora görə cəzalandırılıb AFFA İntizam Komitəsi I Divizionun Qarabağ-2 - Zaqatala matçında baş verənlərə görə müxtəlif cərimələr tətbiq edib.
Futbol
3 Sentyabr , 2019 15:13
Qarabağ PFL-in marşı və diktora görə cəzalandırılıb

AFFA İntizam Komitəsi I Divizionun "Qarabağ-2" - "Zaqatala" matçında baş verənlərə görə müxtəlif cərimələr tətbiq edib. 

"Report" xəbər verir ki, Ağdam təmsilçisi matçın protokolunu vaxtında tərtib etməməsi səbəbindən 80 manat məbləğində cərimələnib. 

Klub həmçinin AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişləri yerinə yetirmədiyi üçün (meydançanın ətrafında kənar şəxslər olub) də 80 manat ödəməli olacaq. 

Meydan sahibləri həmin qarşılaşmada Peşəkar Futbol Liqasının (PFL) əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtlərin yerinə yetirilməməsi, daha dəqiqi, görüşün keçirildiyi "Azərsun Arena"da diktorun olmaması və PFL-in marşının səsləndirilməməsi üzündən daha 80 manat ziyana düşüb. Oyunöncəsi iclasa polis nümayəndəsi gecikdiyi üçün isə "Qarabağ" 40 manat ödəməli olacaq. 

Komandanın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 80 manat ödəyəcək. Nihad Quliyev ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün klubu 20 manat ziyana salıb və 1 oyunluq cəzalanıb. 

Qeyd edək ki, qarşılaşma "Zaqatala"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi