Yuxarı
    Bağlamaq

    "Qarabağ" klubu ECA-ya üzvlük üçün müraciət edəcək

    Bununla bağlı işlərə başlanılıb

    Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol komandası Avropa Klubları Assosiasiyasına (ECA) üzv olmağa hazırlaşır. Bu barədə "Report"a klubun direktoru Əmrah Çelikəl məlumat verib. 

    Ə.Çelikəlin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. Klub rəsmisi yaxın vaxtlarda ECA-ya üzvlük üçün müraciət edəcəklərini bildirib. O, qurumun növbəti iclasında məsələsinin həllini tapacağına ümidvar olduğunu bildirib. 

    Qeyd edək ki, hazırda Azərbaycanın 4 klubu - "Neftçi", "Bakı", AZAL və "Xəzər Lənkəran" ECA üzvüdür. "Neftçi" isə fövqəladə üzv statusuna malikdir.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi