Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" futbol komandası Avropa Klubları Assosiasiyasına (ECA) üzv olmağa hazırlaşır. Bu barədə "Report"a klubun direktoru Əmrah Çelikəl məlumat verib.
Ə.Çelikəlin sözlərinə görə, artıq bununla bağlı işlərə başlanılıb. Klub rəsmisi yaxın vaxtlarda ECA-ya üzvlük üçün müraciət edəcəklərini bildirib. O, qurumun növbəti iclasında məsələsinin həllini tapacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, hazırda Azərbaycanın 4 klubu - "Neftçi", "Bakı", AZAL və "Xəzər Lənkəran" ECA üzvüdür. "Neftçi" isə fövqəladə üzv statusuna malikdir.