"Qarabağ"ın futbolçusu uğurla əməliyyat olunub

"Qarabağ"ın futbolçusu uğurla əməliyyat olunub Namik Ələsgərovun müalicə xərclərini AFFA ödəyib
Futbol
9 Aprel , 2015 14:18
Qarabağın futbolçusu uğurla əməliyyat olunub

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan milli komandasının və Ağdamın "Qarabağ" klubunun futbolçusu Namik Ələsgərov Almaniyada uğurla əməliyyat olunub. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı yarımmüdafiəçi üçün bu gündən fizioterapiya kursuna başlanılıb. 

Onun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.

Qeyd edək ki, Namik Ələsgərov Avro-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş qarşılaşmada zədələnib. Onun ön çarpaz bağları qopub. 

Son xəbərlər

Orphus sistemi