Yuxarı

​"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

Coel Pedro bir ay futboldan uzaq qalacaq

Bakı. 22 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi Lüksemburqun "Düdelanj" klubu itki ilə üzləşib. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Coel Pedro zədələnib.

MRT müayinəsindən sonra 24 yaşlı oyunçunun sağ ayaq sümüyündə sınıq aşkarlanıb və bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bu səbəbdən, komandanın baş məşqçisi Dino Topmöller Pedronun adını qitə turnirinin II təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək. Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi