​"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

​"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib Coel Pedro bir ay futboldan uzaq qalacaq
Futbol
22 İyun , 2016 12:24
​Qarabağın Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib

Bakı. 22 iyun. REPORT.AZ/ "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi Lüksemburqun "Düdelanj" klubu itki ilə üzləşib. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Coel Pedro zədələnib.

MRT müayinəsindən sonra 24 yaşlı oyunçunun sağ ayaq sümüyündə sınıq aşkarlanıb və bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bu səbəbdən, komandanın baş məşqçisi Dino Topmöller Pedronun adını qitə turnirinin II təsnifat mərhələsinin iştirak ərizəsinə daxil etməyib.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək. Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi