​"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsi üçün Sifariş Ərizəsi açıqlanıb

​"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsi üçün Sifariş Ərizəsi açıqlanıb Siyahıda Namiq Yusifov yer almayıb
Futbol
3 Sentyabr , 2015 10:03
​Qarabağ klubunun Avropa Liqasının qrup mərhələsi üçün Sifariş Ərizəsi açıqlanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsi üçün təqdim etdiyi Sifariş Ərizəsi açıqlanıb. "Report"un məlumatına görə, siyahıda 25 futbolçu yer alıb.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi və 3-ü hücumçudur. Sifariş ərizəsində yalnız Elton Turabov "B" siyahısında yer alıb. Əvəzində təsnifat oyunlarında adı siyahıda olan Namiq Yusifov qrup mərhələsi üçün Sifariş Ərizəsindən çıxarılıb. 

Qapıçılar: 1.Fərhad Vəliyev, 13.İbrahim Şehiç, 94.Halit Oğuzxan

Müdafiəçilər: 2.Qara Qarayev, 5.Maksim Medvedev, 14.Rəşad Sadıqov, 19.Azər Salahlı, 25.Ansi Aqolli, 32.Elvin Yunuszadə, 55.Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: 6.Vüqar Mustafayev, 8.Miçel, 10.Dani Kintana, 11.Elvin Məmmədov, 18.İlqar Qurbanov, 20.Riçard Almeyda, 22.Əfran İsmayılov, 33.Elton Turabov*, 67.Əlhərbi Əl-Jadeyui, 70.Çumbinyo, 77.Cavid Tağıyev, 91.Coşqun Diniyev.

Hücumçular: 9.Reynaldo, 29.Raydell Pupon, 90.Samuel Armenteros

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının J qrupunda yer alıb. Qurban Qurbanovun komandası İngiltərənin "Tottenhem", Belçikanın "Anderlext" və Fransanın "Monako" klubları ilə mübarizə aparacaq. İlk görüş sentyabrın 17-də səfərdə "Tottenhem"ə qarşı olacaq. 

Son xəbərlər

Orphus sistemi