Yuxarı

“Qarabağ”ın avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək

“Qarabağ”ın avrokubokların III təsnifat mərhələsindəki potensial rəqi

Bu gün “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) və Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

"Report" xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil qərargahında baş tutacaq püşkatmada öncə Ağdam klubunun ÇL-dəki rəqibi bəlli olacaq. “Qarabağ”ın səpələnməmişlər səbətində yer alacağı püşk Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

ÇL-in II raundunda “Dandolk” səddini keçəcəyi təqdirdə, Azərbaycan təmsilçisi “Kopenhagen” (Danimarka) / TNS (Uels), “Seltik” (Şotlandiya) / “Nımme Kalyu” (Estoniya), “Dinamo” (Zaqreb, Xorvatiya) / “Saburtalo” (Gürcüstan), BATE (Borisov, Belarus) / “Rusenborq” (Norveç) və “Sutyeska” (Monteneqro) / APOEL (Kipr) cütlərinin qalibi, həmçinin “Ayaks”la üz-üzə gələ bilər.

"Dandolk"u üstələyə bilməyəcəyi təqdirdə isə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Bu halda “Qarabağ”ın “Partizani” (Albaniya) / “Şerif” (Moldova), “Slovan” (Slovakiya) / “Feronikeli” (Kosovo), “Santo Koloma” (Andorra) / “Astana” (Qazaxıstan) və “Şkendiya” (Makedoniya) / “Düdelanj” (Lüksemburq") cütlərinin qalibi, eləcə də “Sarayevo” ilə düşməsi mümkündür. Püşkatma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.

Ağdam klubu “Dandolk”la iyulun 24-də səfərdə, iyulun 31-də isə evdə qarşılaşacaq. "Qarabağ" I təsnifat mərhələsində “Partizani”dən güclü olub (0:0, 2:0).

Çempionlar Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

“Ayaks” (Hollandiya)

“Seltik” (Şotlandiya) – “Nomme Kalyu” (Estoniya) cütünün qalibi

“Kopenhagen” (Danimarka) - TNS (Uels) cütünün qalibi

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Saburtalo” (Gürcüstan) cütünün qalibi

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün qalibi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi

Səpələnməmişlər

PAOK (Yunanıstan)

“Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) cütünün qalibi

“Maribor” (Sloveniya) – AIK (İsveç) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi

“Makkabi” (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi

“Ferensvaroş” (Macarıstan) – “Valetta” (Malta) cütünün qalibi

Avropa Liqası

III təsnifat mərhələsinin püşkatması

Səpələnmişlər

“Seltik” (Şotlandiya") – “Nımme Kalyu” (Estoniya) cütününü məğlubu

BATE (Belarus) – “Rusenborq” (Norveç) cütünün məğlubu

“Dandolk” (İrlandiya) – “Qarabağ” cütünün məğlubu

“Maribor” (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu

“Ferensvaroş” (Macarıstan) – “Valletta” (Malta) cütünün məğlubu

Səpələnməmişlər

“Sarayevo” (Bosniya və Herseqovina)

“Partizani” (Albaniya) – “Şerif” (Moldova) cütünün qalibi

“Slovan” (Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi

“Santo Koloma” (Andorra) – “Astana” (Qazaxıstan) cütünün qalibi

“Şkendiya” (Makedoniya) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi