Yuxarı

“Qarabağ” "Azersun Holding”in klubdan imtina edəcəyinə dair iddialara münasibət bildirib

"Qarabağ"dan "Azersun Holdinq" açıqlaması

Bakı. 6 fevral. REPORT.AZ/ “Azersun Holding”in “Qarabağ”a sponsorluqdan imtina edəcəyi ilə bağlı iddialara klubdan münasibət bildirilib.

Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl “Report”a açıqlamasında bu yöndə çıxan xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib. 

“Azersun Holding” ən böyük böhranların baş verdiyi vaxt “Qarabağ”ın büdcəsini azaltmadı və bu gün də belə bir şey yoxdur. Bu cür xəbərlərin hansı səbəbdən çıxdığını deyə bilmərəm, lakin qətiyyən həqiqəti əks etdirmir. Klub prezidenti Abdolbari Goozal ilə vitse-prezident Tahir Goozal hər zaman komanda ilə maraqlanırlar və bizə heç bir çatışmazlığın olmamasını tapşırıblar”, - o vurğulayıb.

Qeyd edək ki, “Azersun Holding” 2001-ci ildən “Qarabağ”a sponsorluq edir. Komanda bu müddətdə 5 dəfə çempionluq və eyni sayda ölkə kuboku qazanıb. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi