Yuxarı

​"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Rəqib Çexiya klubudur

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq. "Report"un məlumatına görə, rəqib Çexiyanın "Viktoriya" klubu olacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanarsa, tarixində ilk dəfə ən nüfuzlu qitə turnirinin pley-off mərhələsinə yüksələcək. "Köhlən atlar" bu mərhələni də keçəcəyi təqdirdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Əks halda, komanda Avropa Liqasının qrupunda oynayacaq.

"Qarabağ" Çexiya təmsilçisini məğlub edə bilmədiyi təqdirdə isə Avropa Liqasının pley-off-unda mübarizəyə davam edəcək.

"Viktoriya" ilə ilk oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qaşrılaşma saat 20:30-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi