Yuxarı

"Qarabağ" "Arsenal"la oyunöncəsi son məşqinə çıxıb - FOTO

"Qarabağ" "Arsenal"la oyunöncəsi son məşqinə çıxıb - FOTO

London. 13 dekabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" komandası İngiltərədə "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl son məşqinə çıxıb.

"Report"un London bürosunun məlumatına görə, "Emirates" stadionundakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Məşqi klubun vitse-prezidenti Tahir Gözəl də izləyib.

Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Bundan əvvəl bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransı keçirib.

Aytən ABBASLI

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi