London. 13 dekabr. REPORT.AZ/ Ağdamın "Qarabağ" komandası İngiltərədə "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl son məşqinə çıxıb.
"Report"un London bürosunun məlumatına görə, "Emirates" stadionundakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Məşqi klubun vitse-prezidenti Tahir Gözəl də izləyib.
Dekabrın 13-də Londondakı "Emirates" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Bundan əvvəl bunu "Qarabağ" klubunun baş məşqçisi
Aytən ABBASLI