​Qara Qarayev: "Burada həm "Seltik", həm də meydançaya qarşı oynadıq" - MÜSAHİBƏ

​Qara Qarayev: "Burada həm "Seltik", həm də meydançaya qarşı oynadıq" - MÜSAHİBƏ "Sabah Messiyə, Ronalduya qarşı nə edəcəklər?"
Futbol
6 Avqust , 2015 10:37
​Qara Qarayev: Burada həm Seltik, həm də meydançaya qarşı oynadıq - MÜSAHİBƏ

Bakı. 6 avqust. REPORT.AZ/ "Qarabağ"ın futbolçusu Qara Qarayev Şotlandiya "Seltik"i ilə keçirilən cavab görüşündən sonra oyun haqda fikirlərini bildirib. "Report" həmin müsahibəni təqdim edir:

- Oyun haqda nə deyə bilərsiniz?

- Yaxşı oynadıq. "Seltik"in oyunçuları xoşuma gəlmədi. Çünki meydanda futboldan başqa hər şeylə məşğul idilər. Təxribata çəkirdilər. Əsasən də kapitanları. "Seltik"ə bir az simpatiyam vardı, amma bu oyunda uduzmağımıza görə deyil, həmin hərəkətlərinə görə bundan sonra o komandaya heç vaxt zərrə qədər də azarkeşlik etmərəm.

- Təxribat dedikdə, nə edirdilər?

- Söyüş söyürdülər, lazım olmayan vəziyyətlərdə ayağa vururdular. Söz atırdılar, bizim oyunçular səhv ötürmə edəndə yanlarında gülürdülər. Təxribatçı ifadələr işlədirdilər. Düşünürəm ki, meydançanın belə olmağı da oyunumuza təsir etdi. Çünki burada həm "Seltik", həm də meydançaya qarşı oynadıq. Buna baxmayaraq, qol imkanları, hücumlar yaratdıq. Lakin belə ot örtüyündə bundan artıq imkanlar yarada bilməzdik. Bunu da yaratdıq. Neyləyək? Düşünürəm ki, yaxşı oynadıq. Stadionda atmosfer də yaxşı idi. Bizi dəstəkləməyə gələn insanlar sağ olsunlar. Həqiqətən də çox idilər. Onlara da öz təşəkkürümü bildirirəm.

- Bəs, Şotlandiyadakı meydançanın vəziyyəti nə dərəcədə yaxşı idi?

- Biz evdə azarkeşlərimizə görə üstünlük qazanmalı idik. Necə ki, rəqib ilk matçda bu amildən faydalandı. İlk oyun Bakıda və meydança ideal vəziyyətdə olsaydı, heç kim nəticəni bilməzdi. Biz səfərdə 3 amilə - meydan, azarkeş və "Seltik"ə qarşı oynamışıq. Ancaq Bakıda tam əksinə oldu və öz meydançamızdan istifadə edə bilmədik.

- Düşünmürsən ki, "Qarabağ"ın mərhələ keçə bilməməsinin səbəblərindən biri də yeni transferlərin özlərini doğrultmaması və səviyyələrinin komandadan gedənlərlə eyni olmamasıdır?

- Oturuşmuş komandadan bəzi oyunçularımız getdi. Nə qədər desək də, bu, oyunumuza təsir edəcək və edir də. Bu gün alınmasa da, ümidvarıq ki, növbəti mərhələdə alınacaq.

- Tez-tez rəqib oyunçularla mübahisən düşürdü. Nə baş verirdi?

- Tam səmimi deyirəm ki, "Seltik"in səviyyəsini daha yüksək bilirdim. Demə, "Seltik"in futbolçuları futboldan başqa rəqibi təxribata çəkmək üzərində də məşq edirmişlər. Çempionlar Liqasının qalibi olmuş bir komandaya futbolçularının bu cür hərəkətini yaraşdırmadım. Çempionlar Liqasını qazanan komanda bizə qarşı belə edirsə, sabah Messiyə, Ronalduya qarşı nə edəcəklər? Belə hərəkətləri bizə çatmadı. Lakin bunu əlimizdə bayraq eləmək istəmirəm. İmkanlarımız oldu, istifadə etsəydik bu gün bunları danışmayacaqdıq.

Son xəbərlər

Orphus sistemi