Yuxarı

​İrlandiyalı qapıçı Şey Qiven yığma karyerasını başa vurub

Futbolçu komandada 1996-cı ildən çıxış etməyə başlayıb

Bakı. 29 iyul. REPORT.AZ/ İngiltərənin "Stok" futbol klubunun qapıçısı Şey Qiven 40 yaşında İrlandiya yığmasının heyətində karyerasını baş vurmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə o öz rəsmi "Twitter" səhifəsində məlumat verib.

"Mən İrlandiya komandasında çıxış etməyimdən qürür duyuram. Mən uzun illər milli yığmanın formasını geyinməyin nəsib olduğu çoxsaylı xoşbəxtlərdən biriyəm. İndi əlcəkləri mismardan asmaq və diqqəti klub karyerasına yönəltməyin zamanıdır. Bu yolda məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm", - deyə futbolçu yazıb

Qiven İrlandiya yığmasının heyətində 1996-cı ildən çıxış etməyə başlayıb. O, yığma karyerası ərzində 134 oyunda çıxış edib və 108 top buraxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi