​İrlandiyalı qapıçı Şey Qiven yığma karyerasını başa vurub

​İrlandiyalı qapıçı Şey Qiven yığma karyerasını başa vurub Futbolçu komandada 1996-cı ildən çıxış etməyə başlayıb
Futbol
136
29 İyul , 2016 00:10
​İrlandiyalı qapıçı Şey Qiven yığma karyerasını başa vurub

Bakı. 29 iyul. REPORT.AZ/ İngiltərənin "Stok" futbol klubunun qapıçısı Şey Qiven 40 yaşında İrlandiya yığmasının heyətində karyerasını baş vurmaq barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə o öz rəsmi "Twitter" səhifəsində məlumat verib.

"Mən İrlandiya komandasında çıxış etməyimdən qürür duyuram. Mən uzun illər milli yığmanın formasını geyinməyin nəsib olduğu çoxsaylı xoşbəxtlərdən biriyəm. İndi əlcəkləri mismardan asmaq və diqqəti klub karyerasına yönəltməyin zamanıdır. Bu yolda məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm", - deyə futbolçu yazıb

Qiven İrlandiya yığmasının heyətində 1996-cı ildən çıxış etməyə başlayıb. O, yığma karyerası ərzində 134 oyunda çıxış edib və 108 top buraxıb.

Son xəbərlər

Orphus sistemi