Yuxarı

Portuqaliyalı futbolçu dünya çempionatında iştirak etməyəcək

Portuqaliyalı futbolçu dünya çempionatında iştirak etməyəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Danilo Pereyra bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

"Report"un məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır.

"Portu" klubunun da formasını geyinən futbolçu zədəsi ilə əlaqədar aprelin 5-i əməliyyat olunacaq.

Qeyd edək ki, Danilo Pereyra cari mövsüm Portuqaliya çempionatında 19 oyunda iştirak edib və 1 qol vurub.

Xatırladaq ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi