Portuqaliyalı futbolçu dünya çempionatında iştirak etməyəcək

Portuqaliyalı futbolçu dünya çempionatında iştirak etməyəcək Bakı. 4 aprel. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Danilo Pereyra bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Futbol
4 Aprel , 2018 20:15
Portuqaliyalı futbolçu dünya çempionatında iştirak etməyəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Danilo Pereyra bu il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

"Report"un məlumatına görə, buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır.

"Portu" klubunun da formasını geyinən futbolçu zədəsi ilə əlaqədar aprelin 5-i əməliyyat olunacaq.

Qeyd edək ki, Danilo Pereyra cari mövsüm Portuqaliya çempionatında 19 oyunda iştirak edib və 1 qol vurub.

Xatırladaq ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi