Yuxarı

​"Neftçi" Rəhman Hacıyevlə müqavilə müddətini açıqlayıb

Gənc futbolçu yeni klubuna azad agent statusu ilə keçib

Bakı. 15 yanvar. REPORT.AZ/ "Neftçi" klubu Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevlə müqavilə imzalayıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Elnur Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb. R.Hacıyev paytaxt klubuna azad agent statusu ilə keçib. Bir neçə gün öncə "Bakı" klubu gənc futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Neftçi" bundan öncə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevlə də müqavilə bağlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi