​"Neftçi" Rəhman Hacıyevlə müqavilə müddətini açıqlayıb

​"Neftçi" Rəhman Hacıyevlə müqavilə müddətini açıqlayıb Gənc futbolçu yeni klubuna azad agent statusu ilə keçib
Futbol
15 Yanvar , 2015 12:34
​Neftçi Rəhman Hacıyevlə müqavilə müddətini açıqlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ "Neftçi" klubu Azərbaycan yığmasının futbolçusu Rəhman Hacıyevlə müqavilə imzalayıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Elnur Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb. R.Hacıyev paytaxt klubuna azad agent statusu ilə keçib. Bir neçə gün öncə "Bakı" klubu gənc futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Neftçi" bundan öncə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevlə də müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi