"Neftçi"nin Avropa Liqasındakı rəqibinin heyətində 3 futbolçu zədəlidir

"Neftçi"nin Avropa Liqasındakı rəqibinin heyətində 3 futbolçu zədəlidir İsrailin Bney Yehuda komandası Neftçi ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.
Futbol
13 Avqust , 2019 10:34
Neftçinin Avropa Liqasındakı rəqibinin heyətində 3 futbolçu zədəlidir

İsrailin "Bney Yehuda" komandası "Neftçi" ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü ərəfəsində problemlə üzləşib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdəki futbolçulardan üçü zədəlidir. Bunlar müdafiəçi İtsik Azuz, eləcə də yarımmüdafiəçi Amit ZenatiEytan Velblümdur. Onların durumlarının ciddi olduğu və meydana çıxıb-çıxmayacaqlarına oyun ərəfəsində qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2. 

Son xəbərlər

Orphus sistemi