Yuxarı

"​Neftçi" futbol klubunda yeni təyinatlar olub

Çingiz Abdullayev: Vəli Qasımov Neftçidə idman direktoru, Dmitri Kramarenko isə qapıçılarla işləyəcək

Bakı. 13 aprel. REPORT.AZ/ "Neftçi" futbol klubunda yeni təyinatlar olub. Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko və U-19-un sabiq çalışdırıcısı Vəli Qasımov bundan sonra "Neftçi"də işləyəcəklər. "Report"un məlumatına görə, bu barədə "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sozlərinə görə, Vəli Qasımov "Neftçi"də idman direktoru, Dmitri Kramarenko isə qapıçılarla işləyəcək.

Ç.Abdullayev komandadan gedənlərlə bağlı məsələyə isə belə münasibət bildirib: Hələ mövsüm davam edir, Qarşıda çempionat və kubok oyunları var. Kimin gedib-qalacağına mövsümün sonunda qərar veriləcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi