"​Neftçi" futbol klubunda yeni təyinatlar olub

"​Neftçi" futbol klubunda yeni təyinatlar olub Çingiz Abdullayev: "Vəli Qasımov "Neftçi"də idman direktoru, Dmitri Kramarenko isə qapıçılarla işləyəcək"
Futbol
13 Aprel , 2015 20:01
​Neftçi futbol klubunda yeni təyinatlar olub

Bakı. 13 aprel. REPORT.AZ/ "Neftçi" futbol klubunda yeni təyinatlar olub. Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko və U-19-un sabiq çalışdırıcısı Vəli Qasımov bundan sonra "Neftçi"də işləyəcəklər. "Report"un məlumatına görə, bu barədə "Neftçi" klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sozlərinə görə, Vəli Qasımov "Neftçi"də idman direktoru, Dmitri Kramarenko isə qapıçılarla işləyəcək.

Ç.Abdullayev komandadan gedənlərlə bağlı məsələyə isə belə münasibət bildirib: Hələ mövsüm davam edir, Qarşıda çempionat və kubok oyunları var. Kimin gedib-qalacağına mövsümün sonunda qərar veriləcək". 

Son xəbərlər

Orphus sistemi