Azərbaycan millisinin futbolçusu “Qalatasaray”la oyunda penaltiyə səbəb olub - VİDEO
Futbol
- 30 yanvar, 2019
- 06:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Ufuk Budak Türkiyə Kubokunda penaltiyə səbəb olub.
“Report” xəbər verir ki, “Boluspor”un formasını geyinən sol cinah müdafiəçisi “Qalatasaray”la 1/8 final mərhələsinin cavab görüşündə diqqət mərkəzinə düşüb. İkinci yarıda rəqib oyunçu Yunus Akgün Budakla mübarizədə yerə yıxılıb. Referi Serkan Tokat epizodu düzgün qiymətləndirmək üçün videotəkrar sisteminə (VAR) müraciət etməli olub və penalti qərarı verib.
78-ci dəqiqədə topun başına keçən zərərçəkən dublunu rəsmiləşdirib. Matç “Qalatasaray”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, səfərdə keçirdiyi ilk oyunda da qalib gələn (1:0) İstanbul təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Son xəbərlər
07:43
ABŞ Fars körfəzindəki qüvvələrini İsrail və İordaniyaya köçürə bilər
Digər ölkələr
07:18
"Telegram" "iPhone" istifadəçilərinə haker hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib
İKT
06:39
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
Region
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT