Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
Futbol
6 İyun , 2019 10:15
Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. 

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Eşen şəhərindəki "Sportpark Eschen Mauren" stadionunda keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşdən əvvəl 1990 - 2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.

6 iyun

Avropa çempionatı, seçmə oyun

21:00. Lixtenşteyn - Azərbaycan

Baş hakim: Tim Marşall

Baş hakimin köməkçiləri: Pol Robinson, Stefan Donaldson

Dördüncü hakim: Şeyn Endryus

Eşen şəhəri, "Sportpark Eschen Mauren" stadionu. 

Son xəbərlər

Orphus sistemi