Bakı. 12 aprel. REPORT.AZ/ İtaliyanın "Milan" klubu yeni baş məşqçisinin adını açıqlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bundan sonra komandaya Kristian Brokki rəhbərlik edəcək.
Futbolçu karyerasına Milan klubunda başlayan K.Brokki baş məşqçi kimi də doğma klubunda debüt edib. 2013-cü ildə futbolçu karyerasını bitirən 40 yaşlı mütəxəssis bir il sonra "Milan"ın gənclər komandasına baş məşqçi təyin olunub və yeni təyinatadək işini davam etdirib.
Qeyd edək ki, 2015-ci ilin yayından komandaya Sinişa Mixayloviç rəhbərlik edirdi.