Yuxarı

Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb

​Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.

“Report” xəbər verir ki, bu barədə “Gracenote Live” məlumat yayıb.

Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.

Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.

Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi