Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb

Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.
Futbol
1304
24 Oktyabr , 2019 06:32
Messi Ronaldo və Raulun rekordunu təkrarlayıb

İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında 33 fərqli kluba qol vurub.

“Report” xəbər verir ki, bu barədə “Gracenote Live” məlumat yayıb.

Argentinalı futbolçu 33-cü qolu UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunda “Slaviya” ilə oyunda (2: 1) vurub.

Beləliklə, Messi “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo və “Real”ın sabiq hücumçusu Raulun rekordunu təkrarlayıb.

Çempionlar Liqasının bu mövsümündə Lionel Messi 3 oyunda 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi