Məşhur referi MLS-in Hakimlər Komitəsinin sədri təyin edilib

Məşhur referi MLS-in Hakimlər Komitəsinin sədri təyin edilib Hovard Uebb yeni vəzifəyə təyinat alıb
Futbol
19 Yanvar , 2018 13:15
Məşhur referi MLS-in Hakimlər Komitəsinin sədri təyin edilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Sabiq FIFA referisi Hovard Uebb yeni vəzifə verilib.

“Report” ESPN-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis ABŞ Peşəkar Futbol Liqasının (MLS) Hakimlər Komitəsinin sədri təyin olunub. 47 yaşlı sabiq baş hakim bu postda Piter Uoltonu əvəzləyib. O, yeni təyinatadək MLS üçün videotəkrar hakimlərinin hazırlanmasına və onların matçlara təyin edilməsinə cavabdehlik daşıyırdı.

Qeyd edək ki, Hovard Uebb 2003 - 2014-cü illərdə İngiltərə Premyer Liqasının oyunlarını idarə edib. 2005-ci ildən FIFA referisi olan ədalət təmsilçisi, dünya çempionatlarının final mərhələsində sarı vərəqə sayında rekdordçudur. Həm də polis çavuşu işləyən Uebb 2010-cu ildə Çempionlar Liqasının və dünya çempionatının finalını idarə edib.

Son xəbərlər

Orphus sistemi