Tanınmış futbolçu artıq çəkiyə görə "Real Madrid"də əsas heyət oyunçusu statusunu itirib
Futbol
- 21 yanvar, 2019
- 06:18
Bakı. 21 yanvar. REPORT.AZ/ İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Santyaqo Solari futbolçu Marselonu “11-lik”dən kənarlaşdırıb.
“Report” “Onda Cero”ya istinadən xəbər verir ki, səbəb 31 yaşlı müdafiəçinin 6 kq artıq çəkiyə malik olmasıdır. Braziliyalı oyunçu bu üzdən madridlilərin La Liqanın XX turunda “Sevilya”nı evdə 2:0 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyatda qalıb.
Marselo bu mövsüm meydana çıxdığı 11 çempionat oyununda 2 qol vurub və eyni sayda məshuldar ötürmə verib. “Real Madrid” hazırda 36 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, daha öncə Marselonun karyerasını İtaliya “Yuventus”unda davam etdirmək istədiyi və Kriştianu Ronaldu ilə təkrar komanda yoldaşı olmağı arzuladığı bildirilirdi.
Son xəbərlər
10:01
Foto
İsmayıllı şəhərində "Sağlam məhəllə" layihəsi çərçivəsində yeni idman zonası açılıb
Fərdi09:55
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Maliyyə09:52
UEFA Avropa Liqası: Yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək
Futbol09:51
Foto
"AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18 % artıb
Sənaye09:48
İsrail "Sumud" donanmasının 15 gəmisini ələ keçirib - YENİLƏNİB
Digər ölkələr09:43
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Biznes09:43
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
Fərdi09:35
EBRD Azərbaycandakı cari layihə portfelini və əməliyyat aktivlərini artırıb
Maliyyə09:30