Yuxarı

​"Mançester Siti" klubu avstraliyalı futbolçu transfer edib

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb

Bakı. 30 iyun. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu heyətini avstraliyalı futbolçu ilə gücləndirib. 

"Report"un məlumatına görə, Avstraliya yığmasının yarımmüdafiəçisi Aaron Muy bundan sonra "şəhərlilər"in uğuru üçün çalışacaq.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qarşılığında isə Mançester təmsilçisinin iki futbolçusu - Antoni Kakeres və Luke Brattan yeni mövsümü icarə əsasında Muyun çıxış etdiyi "Melburn" komandasında keçirəcək.

Qeyd edək ki, Muy son mövsüm Avstraliyanın ən yaxşı oyunçusu seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi