​"Mançester Siti" klubu avstraliyalı futbolçu transfer edib

​"Mançester Siti" klubu avstraliyalı futbolçu transfer edib 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb
Futbol
30 İyun , 2016 14:47
​Mançester Siti klubu avstraliyalı futbolçu transfer edib

Bakı. 30 iyun. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubu heyətini avstraliyalı futbolçu ilə gücləndirib. 

"Report"un məlumatına görə, Avstraliya yığmasının yarımmüdafiəçisi Aaron Muy bundan sonra "şəhərlilər"in uğuru üçün çalışacaq.

25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qarşılığında isə Mançester təmsilçisinin iki futbolçusu - Antoni Kakeres və Luke Brattan yeni mövsümü icarə əsasında Muyun çıxış etdiyi "Melburn" komandasında keçirəcək.

Qeyd edək ki, Muy son mövsüm Avstraliyanın ən yaxşı oyunçusu seçilib. 

Son xəbərlər

Orphus sistemi