"Keşlə" Venesuela yığmasının futbolçusunu transfer edib
Futbol
- 28 yanvar, 2019
- 10:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 yanvar. REPORT.AZ/ "Keşlə" klubu heyətinə yeni futbolçu cəlb edib.
Bu barədə "Report"a komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. O, bildirib ki, Venesuela yığmasının futbolçusu Luis Penya müqavilə bağlamaq üçün Bakıya gəlib: "Bu futbolçu bizdə baxışda olmayıb, lakin oyununu izləyib, bəyənmişik. Pleymeyker mövqeyində çıxış edir. Onunla bir illik müqavilə bağlayacağıq".
Qeyd edək ki, 30 yaşlı Luis Anxelo Penya Puentesin son klubu vətənində "Mineros Quayana" olub. O, daha əvvəl Venesuelanın "Estudiantes", "Karakas", "Deportivo Taçira", "Samora", Portuqaliyanın "Braqa", "Portimonensi" və Braziliyanın "Nautiko" komandalarının formasını geyinib.
Son xəbərlər
06:39
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
Region
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr